ARİF ALIŞANOVUN BOŞANMASI DA SAXTA ÇIXIR? – “Məhkəməni aldada bilməyəcək”

ARİF ALIŞANOVUN BOŞANMASI DA SAXTA ÇIXIR? – “Məhkəməni aldada bilməyəcək” 

AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb. Mətbuatda məlumatlar gedib ki, A.Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb.

Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.
Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.
Qeyd edək ki, boşanmaya səbəb kimi maraqlı versiyalar səslənir. Məlumatlardan birində qeyd edilir ki, Arif Alışanovun həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.

Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi ittihamlar səslənmişdi.
Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki, Arif Alışanov Şamaxıya torpaq almağa gəzdiyi bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.

169931_5oslweqmgt

A.Alışanovun boşanması ilə bağlı xəbərlər yayılan gündən daha çox müzakirə olunan məsələ isə bunun saxta boşanma olmasıdır.Belə ki, dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda imkanlı şəxslər əmlaklarının müsadirə olunacağı ehtimalı olanda dərhal boşanma variantına əl atırlar. Bu halda əmlak həyat yoldaşının adına keçirilir və bu zaman onları sığortalamış olurlar. Məhkəmə eks-həyat yoldaşının adına keçirilmiş əmlaklara əl qoyulması ilə bağlı qərar verə bilmir.

Amma adının çəkilməsini istəməyən vəkil “Yeni Müsavat”a açıqlamasında bildirib ki, saxta boşanma bütün hallarda əmlak məsələsinə görə baş verir. Amma müsahibimizin sözlərinə görə, bəzən hökmlərlə hətta müttəhimin qardaşının, əmisi oğlunun adına olan əmlakı da əlindən alırlar.

Konkret eks ər-arvad məsələsinə gəlincə, birgə yaşayış dövründə əldə edilmiş əmlak ümumi sayılır. Kimin adına olmasından asılı olmayaraq, əmlak birgə yaşayış dövründə əldə edilibsə, bu, ümumidir: “Bəzi adamlar elə düşünürlər ki, bu addım onları sığortalayır. Amma əslində boşanmaqla məhkəmələri aldatmaq olmur”.

Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Belə aydın olur ki, Alışanov başına gələcəklərdən xeyli öncə xəbərdar imiş, hələ sədr vəzifəsində olarkən boşanmağa qərar verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər