Arif Hacılı: “Jirinovski Putinin maskalanmamış sifətidir”

Arif Hacılı: “Jirinovski Putinin maskalanmamış sifətidir” 

“Jirinovski Putinin maskalanmamış sifətidir”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 A.Hacılı bildirib ki, Rusiyanın indiki rəhbərliyinin apardığı siyasət, qarşısına qoyduğu planlar, ağlasığmaz imperialist ideyalar yerli ictimaiyyətə və bütün dünyaya Jirinovskinin dilindən çatdırılır: “Jirinovski əvvəllər də Azərbaycan və azərbaycanlılar haqqında daha ağır, daha iyrənc fikirlər səsləndirib. Dövlətimizi saxta, millətimizi ... adlandırıb. "Rusiya heç zaman demokratik qüvvəllərin Azərbaycan parlamentində təmsil olunmasına imkan verməz" də deyib. Azərbaycan televiziyalarında, sosial mediyada Jirinovskiyə qarşı kampaniya təşkil etməklə problem həll olunmaz. Axı biz Rusiyanın hədəfində olan dövlətlərdən uzaqlaşma siyasətinin Rusiyanın ölkəmizə qarşı daha aşağılayıcı siyasəti ilə nəticələnəcəyi barədə xəbərdarlıq etmişdik.

İndi də xəbərdarlıq edirik:

 

-Azərbaycan Rusiyaya alternativ güc mərkəzlərindən uzaqlaşdıqca,

 

- Avroineqrasiya siyasəti aparılmadıqca,

 

- GUAM Birliyi Türkiyənin də iştirakı ilə bərpa edilmədikcə,

 

- Qarabağ nizamlanması prosesi Rusiyanın monopoliyasından çıxarılmadıqca;

 

Və başlıcası, ölkə siyasətində, dövlət idarəçiliyində xalqın iradəsi nəzərə alınmadıqca Rusiyanın Azərbaycana qarşı aşağılayıcı, ekspansionist siyasəti davam edəcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi