Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə getməməsinin səbəbini açıqladı

Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə getməməsinin səbəbini açıqladı 

“Bu məsələyə yanaşmam kifayət qədər məntiqlidir. O bildirmişdi ki, mənimlə tanış olmaq istəyir. Mən də bildirdim ki, əgər mənimlə tanış olmaq istəyirsə, Müsavat Partiyasının qərargahına gəlsin, orada tanış olaq. Mən görüşdən imtina etmədim”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Respublikası Prezident Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşə getməməsinin səbəbini açıqlayarkən deyib.

 

“Ancaq söhbət çoxpartiyalı sistemin inkişafından gedirsə, məsələn, İlham Əliyev çoxpartiyalı sistemin inkişafından danışırsa, əsas müxalifət partiyalarının liderləri ilə Yeni Azərbaycan Partiyasının lideri kimi, o, özü görüşməlidir və bu tanışlıq görüşü yox, ölkənin idarəçiliyinə, mövcud problemlərin həllinə, milli problemlərin müzakirəsinə bağlı bir görüş olmalıdır. Ədalət Vəliyev bildirir ki, o, sadəcə, siyasi partiya rəhbərləri ilə tanış olmaq istəyir. Ədalət Vəliyevin kimlərləsə tanış olmaq istəməsi ölkənin siyasətinə hansısa şəkildə təsir edə bilərmi?” – A.Hacılı qeyd edib.Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi