Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 19 fevral 2020-ci il tarixində 214 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Ə.Əzimzadə küçəsi 19, Q.Qarayev prospekti 38, 40, 42, 44 saylı ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Faktinfo.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinlərin təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın