Armen Sərkisyan Azərbaycan üçün yeni mənbədir-

Armen Sərkisyan Azərbaycan üçün yeni mənbədir- "Ermənilər Dağlıq Qarabağa gəlmə xalqdır, tarix boyu imperiyaların əlində alət olublar"

“Ermənistan Prezidenti Armen Sərkisyan “Dördüncü Respublikaya doğru” adlı məqaləsində soydaşlarının səsləndirmədiyi acı etirafı dilə gətirib: “Ermənilər tarixləri boyu imperiyaların əlində alət olublar”.

Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Osmanlı Türkiyəsindəki ermənilər məhz başqa imperiyalara nökərliyə üstünlük verərək yaşadıqları dövlətə xəyanət etdilər:

“Ermənistan prezidentinin başqa bir etirafı isə bizim “ermənilərin heç zaman dövləti olmayıb” arqumentimizin təsdiqidir: “Əsrlər boyu dövlətimiz olmadı, bunsuz ermənilərin yox ola biləcəyi təhlükəsi yaranmışdı. Nəhayət arzumuz reallaşdı, himnimiz, bayrağımız oldu”. Bizim illərlə dediyimiz də elə budur ki, ermənilər Cənubi Qafqaza və Dağlıq Qarabağa gəlmə xalqdır. Ermənistan prezidentinin bu cümləsindən beynəlxalq konfrans və seminarlarda gen-bol istifadə edə bilərik.

İkinci, Armen Sərkisyan başqa bir etirafında bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində müstəqilliyini qazanıb Dağlıq Qarabağı ələ keçirsə də, dövlət quruculuğu ilə məşğul olmayıb, bu illərdə dövlət və ordu quruculuğunun yalnız imitasiyasıyla məşğul olub: “ Azərbaycan isə 20 il ərzində həm ordusunu gücləndirib, həm də informasiya savaşında dünyada özünə daha çox tərəfdar toplayıb. Biz 1994-cü ildə Qarabağ savaşında qələbə əldə etdikdən sonra yanlış olaraq məsələnin həll olunduğunu düşündük və heç nə ilə məşğul olmadıq, ağır nəticəsi göz qabağındadır”.

Üçüncü, Ermənistan prezidenti müharibədən sonra səsləndirdiyi firkirləri bir daha təkrarlayıb: “Baş nazir istefa verməli, yeni seçkilər keçirilməli, buna qədər isə dövləti müvəqqəti keçid hökuməti idarə etməlidir. Sərkisyan özünün, yəni prezidentin müvəqqəti hökumətə nəzarət etməsi zərurətini vurğualyıb”.

Elxan Şahinoğlu qeyd edib ki, Sərkisyan Ermənistan qarşısında dayanan hədəfləri də sıralayıb:

“1. Müharibənin nətcilərini ortadan qaldırmalıyıq, əsirləri geri qaytarmalıyıq, yaralıları müalicə etməliyik, yaranan ağır sosial problemləri bərpa etməliyik;

2. Ermənistanı siyasi və iqtisadi böhrandan qurtarmaq üçün “yol xəritəsi” hazırlamalıyıq;

3. Konstutisiyanı dəyişmək məqsədilə hüquqi baza formalaşdırlamlıyıq”.

Beləliklə, Armen Sərkisyan yazıb ki, “Üçüncü Ermənistan Respublikası” geridə qalıb, “Dördüncü Respublika” qurulmalıdır. Məsələ burasındadır ki, 3 respublikanı yox edən düşüncə tərzi “dördüncüsünü” hansı düşüncə tərzi ilə quracaq? Çünki düşüncə tərzi yenə eyni olaraq qonşu dövlətlərin ərazi iddiası əsasında formalaşaqsa, “dördüncü respublikanın” ömrü də uzun çəkməyəcək.

Armen Sərkisyan geniş yazısında ermənilərə doğruları deməklə yanaşı əsas fikrin üstündən sükutla keçib, ya da qorxub həmin tezisi qələmə almağa. Onun yazısında əsas tezis “Ermənistanın varlığı və gələcək inkişafı üçün qonşularla normal münasibətlər qurmalıyıq və regional əməkdaşlığın tərkib hissəsi olmalıyıq” cümləsi olmalıydı, bunsuz onun arzuladığı “dördüncü respublikanın” gələcəyi yoxdur. Buna baxmayaraq, Ermənistan prezidentinin geniş yazısının heç bir yerində Dağlıq Qarabağın gələcəyi ilə bağlı bir cümlə də yoxdur, yəni bu özü etirafdır ki, bu bölgəni artıq itiriblər və geri qaytarılması üçün imkanları yoxdur və olmayacaq”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi