“Artıq ölkə daxilində də koronavirus infeksiyası yayılır” –Nazir müavindən xəbərdarlıq
“Artıq ölkə daxilində də koronavirus infeksiyası yayılır, ona görə də ciddi tədbirlərin görülməsi tələb olunur”.
Bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
V.Qasımov deyib ki, iri miqyası epidemiyanın qarşısının alınmasına heç bir ölkənin səhiyyəsi hazır deyil: “Bu xəstəliyi 80 faiz yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur, 5 faizi isə süni nəfəs aparatına ehtiyac duyur. Xəstəliklə müalicədə ilk növbədə şəxsi gigiyenaya riayət edilməlidir”.
Nazir müavini nəzərə çatdırıb ki, 65 yaşından yuxarı səhiyyə işçiləri də fəaliyyətlərini davam etdirəcəklər/APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın