Artıq ölmək mənim üçün qorxulu deyil - Kadırov

Artıq ölmək mənim üçün qorxulu deyil - Kadırov 

Quldurların məhv edilməsi əməliyyatını başa çatdırmaqla mən həyat borcumu yerinə yetirdim.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

“Özlərini “əmir” adlandıran quldurların məhv edilməsi ilə bağlı atamın başladığı, mənim isə onun qəbri üstündə and içərək davam etdirdiyim əməliyyat bu gün yerinə yetirildi. Bu mənim həyatımda ən başlıca borc idi. Mən Allaha dua edirdim ki, vəzifə borcumu yerinə yetirənə qədər mənim ömrümü uzatsın. İndi mənim də vaxtım gələcək və ölmək mənim üçün qorxulu deyil”, - Kadırov bildirib.

Qeyd edək ki, bu gün Ramzan Kadırov İçkeriya terrorçularını təmsil edən son qruplaşmanın liderləri Aslan Butukayevlə birlikdə xüsusi əməliyyat nəticəsində məhv edildiyini bildirmişdi. Əməliyyat nəticəsində 6 nəfər öldürülüb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi