Arvadını öldürən hakim həbs edildi - Rəsmi

Arvadını öldürən hakim həbs edildi - Rəsmi 

Mayın 30-da paytaxt sakini Pərvanə Süleyman qızı Əhmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ilkin istintaqla zərərçəkmişin əri Fəqan Rövşən oğlu Əhmədovun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi