"Arxamca süpürə-süpürə gəlməlidirlər" - Brilliantdan Aygün barədə
Xalq artisti Brilliant Dadaşova illər sonra küsülü olduğu Aygün Kazımova haqda sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, türkiyəli ifaçı Ajda Pekkanın konsertində və “Nargis” dərgisinin 5 yaşı münasibətilə keçirilən partidə üz-üzə gələn müğənnilərin barışdığı zənn edilmişdi.
Amma B.Dadaşova “Xəzər maqazin”ə açıqlamasında bu görüntülərin süni olduğunu, barışmadıqlarını deyib:
“Nargis” jurnalının heyəti xahiş etdi ki, mən orada mahnı oxuyum. Gecədə Ajda Pekkanın musiqiçiləri alətlərini açdı. Zülfiyyə Xanbabayeva dedi ki, sənin qədər türk mahnısını bilən və canlı oxuya biləcək kimsə yoxdur, dur oxu. Düşündüm ki, türklər oradadır və mən “Yaşa Azərbaycan” oxuyum. Mənim ideyalarım göydə qapılır, buna alışmışam. Arxamca süpürə-süpürə gəlməlidirlər. Sözümü kəsmək istəyənlər var idi, buna əhəmiyyət vermədim. Mən saxtakarlığı sevmirəm”.
Dadaşova heç vaxt küsülü olduğu həmkarı ilə duet oxumayacağını bildirib:
“Sonra nə baş verdi, danışmaq istəmirəm. Zalda yanımda min adam dayana bilərdi. Bu o demək deyil ki, onunla səhnəyə çıxaram və ya duet oxuyaram. Hətta sonra dedilər ki, Eyyub oxumalı idi. Başqaları özünü soxuşdurdu ora, təşkilatçılar da əsəbiləşib”.
Brilliant bildirib ki, Aygünlə yalnız bir şərtlə barışa bilər:
“Bir insan yaxınlaşıb, desə ki, bağışla, düzgün etməmişəm, nalayiq sözlər demişəm, səni təhqir etmişəm. "Məni bağışla" desəydi, olardı. Amma mikrofonu götürüb, "biz barışırıq" göstərmək olmaz. Mən saxta nələrisə sevmirəm”.
Bu xəbər üçün şərh yazın