YAŞILLAŞDIRMA İDARƏSİNDƏ KÜLLİ MİQDARDA YEYİNTİ FAKTI - Baş direktorun “səhhətində yaranan problemlərə görə” vəzifədən azad edildiyi bildirilirdi, amma…

YAŞILLAŞDIRMA İDARƏSİNDƏ KÜLLİ MİQDARDA YEYİNTİ FAKTI - Baş direktorun “səhhətində yaranan problemlərə görə” vəzifədən azad edildiyi bildirilirdi, amma… 

Bir ay öncə Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin baş direktoru Həsrət Əmrahov səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edildi.

Bununla bağlı yayılan məlumatda Birliyin baş direktoru vəzifəsinin icrası Mirdamət Seyidova həvalə olunduğu qeyd edilirdi. Hər iki hadisə, Həsrət Əmrahov Birliyin baş direktoru vəzifəsindən azad olunması da, Baş direktor vəzifəsinin icrasının Mirdamət Seyidova həvalə olunması Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmrləri ilə həyata keçirilib.


Yayılan məlumatda Həsrət Əmrahov səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edildiyi qeyd olunsa da, “Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, H.Əmrahovun istefasına başqa amil səbəb olub. İddiaya görə, Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin sifarişi ilə həyata keçirilmiş işlərə Birliyin iş adamlarına külli miqdarda borcu yaranıb.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi 17 oktyabr 2005-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Müstəqil balansa malik olan Yaşıllaşdırma və Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Bu hüquqlar çərçivəsində də müəyyən əməliyyatlar keçirilib və indi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin iş adamlarına borcu yaranıb. Bu məlumatların nə qədər gerçəkliyi ifadə etdiyinə Bakı şəhər İcra Hakimiyyəti aydınlıq gətirməlidir. 

Bu məlumatla bağlı iddianın ikinci hissəsi isə ondan ibarətir ki, Yaşıllaşdırma və Təsərrüfatı Birliyində “gizləmə əməliyyatı” həyata keçirilməyə çalışılır. Birliyin baş direktoru vəzifəsinin icrasının Mirdamət Seyidova həvalə olunması da bunula izah edlir. İddia olunur ki, 65 yaşı tamam olmuş şəxslər məcburən təqaüdə göndərildiyi halda, Birliyin baş direktoru vəzifəsinin icrasının 68 yaşlı Mirdamət Seyidova həvalə olunması da bununla izah edilir. Bu məqam Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətinin də qanunlara tam uymadığını göstərir. Buna görə Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyi Yaşıllaşdırma və Təsərrüfatı Birliyin baş direktoru vəzifəsinin icrasının 68 yaşlı Mirdamət Seyidova həvalə olunması məsələsinə aydınlıq gətirməlidir. “Yeni Sözçü” qəzeti olaraq mövzunu izləməyə çalışacağıq. Eyni zamanda yazıda adları keçən şəxs və qurumların da mövqeyini dinləməyə hazırıq.

A. Aydın

Sozcu.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər