Aslan İsmayılov

Aslan İsmayılov Tofiq Yaqublunun həbsini PİSLƏDİ

Tanınmış hüquqşünas, vəkil Aslan İsmayılov Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsinə münasibət bildirib.

A.İsmayılov sosial şəbəkə üzərindən tanınmış siyasətçinin həbs məsələsinə bu cür reaksiya verib:


"Tofiq Yaqublunun yaxından tanımasam da onun ən başlanğıcdan fəaliyyətini, həyat yolunu daim izləmişəm, onun Qarabağ döyüşlərində göstərdiyi şücaətlərini bilirəm. Bu gün qətiyyətlə deyirəm ki, T.Yaqublunun təmsil olduğu düşərgə ilə ciddi fikir ayrılığımın olmasına baxmayaraq onun səmimiliynə həmişə inanmışam və bu gün də inanıram. Son dövrlər gördüklərimdən dolayı bu gün heç kimin hərəkətinə, dediyinə inanmıram. Ona görə də bu gün imkanım çərçivəsində hadisə ilə bağlı maksimum, o cümlədən rəsmi strukturlardan məlumat da toplamağa çalışmışam. Baş vermiş hadisə ilə bağlı hələ ki, qəti fikir ortaya qoya bilmirəm.


Ancaq bununla bağlı onun hüquqlarının pozulduğuna şübhəm yoxdur. Ən azından dünəndən etibarən vəkili Elçin Sadıqovla görüş verilməməsi ciddi qanun pozuntusudur. Bundan əlavə, əminəm ki, DİN-də ciddi əsaslar olsa vəkilə olan qadağalardan başqa bu gün həmin hadisənin videogörüntüləri çoxdan yayılmışdı. Rəsmi strukturların mənə izah etmək istədiyi hansısa qanun qadağalarını da ciddiyə almıram, çünki bu günə qədər hakimiyyətə lazım olanda yüzlərlə istintaq materiallarının elan olunmasını, hüquq-mühafizə orqanları rəhbərlərinin qanuna zidd olan onlarla bəyanatlarının da şahidi olmuşam. Ona görə də T.Yaqublu haqqında qəbul olunan qərarı qətiyyətlə pisləyirəm".

 

Xatırladaq ki, bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Yekunda məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi