Ata xəstələndi, qızları kişi cildinə girib 4 il bərbərlik etdi - Məktəbdən gəldikdən sonra...
Hindistanın Uttar Pradeş əyalətində 2 bacı ataları xəstələndiyi zaman tək dolanışıq qaynağı olan bərbər dükanlarını 4 il boyunca kişi cildinə girərək işlədib.
Şərq.az-ın məlumatına görə, 16 və 18 yaşında olan bacılar cinsiyyətləri aydın olan kimi hökumət tərəfindən mükafatlandırılıb. "Qardian” qəzetinin xəbərinə görə, Jyoti və kiçik bacısı Nehanın ataları 2014-cü ildə xəstələnir və bərbər dükanları bağlanır.
Neha və Jyoti bir müddət sonra dükanı açaraq müştərilərini təraş etməyə başlayır.
Jyoti kənddəki müştərilərin saçları və saqqallarına kişi olmayan bir bərbərin toxunması yasaqlandığı üçün cildini dəyişdirməyə qərar verdiklərini söyləyir.
Saçlarını kəsib adlarını dəyişdirdilər
Bacılar adlarını Deepak və Raju olaraq dəyişdirir, saçlarını kəsir, bilərziklərini çıxararaq ölkədə kişilər arasında məşhur olan polad bilərziklər taxır.
Jyoti təxminən 100 evli kənddəki bir neçə adamın onları tanıdığını, ancaq ətraf kəndlərdən gələn müştərilərin heç bir şeydən şübhələnmədiyini ifadə edərək, "Bu gün belə məni tanıya bilməzsiniz" deyir.
Günorta məktəbdən gəldikdən sonra dükanı açan bacılar gündə təxminən 400 rupi (təxminən 6 dollar) qazanır. Amma bu pulun atalarının müalicə xərclərinə və evi dolandırmağa bəs etdiyini söyləyirlər.
4 il içində Jyoti məzun olur, Neha isə oxumağa davam edir.
Neha zaman keçdikdə insanların onlara güvənlərinin artdığını və yavaş-yavaş qız olduqlarını bildirdiklərini ifadə edərək, "Kimsədən qorxmuruq" deyir.
Jyoti indi saçlarını yenidən uzatmağa başlayıb. Gorakhpur şəhərindən bir jurnalistin Jyoti və Nehanın əhvalatını xəbərləməsindən sonra yerli səlahiyyətlilər bərbəri ziyarət edib, qızlara çek verib.
Abişkek Pandey adlı bir səlahiyyətli, "İnsanların hər şeyə baxmayaraq, necə mübarizə edib ayaqda qala biləcəklərini göstərən fövqəladə bir hekayədir. Bu bacılar cəmiyyət üçün bir nümunədir. Əhvalatlarını hər kəsin eşitməsi lazımdır", - deyib.
Qızların atası isə "Uşaqlarımın bu işi görmək məcburiyyətində qalması mənə acı verir. Amma qızlarımla qürur duyuram. Ailəmizi böhrandan qurtardılar" deyib.
Jyoti və Neha hekayələrinin eşidilməsindən sonra məşhurlaşan Banvari Tola adlı kənddəki dükanlarını işlətməyə davam edəcəklərini və müştərilərin artıq onlardan narahat olmadığını söyləyir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın