“Atamın ilk xahişini yerinə yetirdim” –Daha bir jurnalistin namizədliyi qeydə alındı
“Həyatımda yeni tarix yazılır! Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım.
Atamın bir xahişi var idi: “Sidorenko soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et””.
Strateq.az xəbər verir ki, parlament seçkilərində namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən qeydə alınan jurnalist Yelena Sidorenko bildirib.
O, atasının ilk xahişini yerinə yetirdiyini deyib:“İndi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın Eyvazlı soyadı ilə qatılıram, Allaha ümid edirəm ki, yolumu özü açacaq, inşallah. İmzatoplama prosesində mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Məni irəliyə aparan yaxınlarımın və seçicilərimin duaları olacaq. Allah bütün duaları qəbul eləsin, inşallah, Vətənizimə xeyirli övlad ola bilək”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın