Atası çağırış etdi, Mişanın cavabı təsirləndirdi

Atası çağırış etdi, Mişanın cavabı təsirləndirdi 

Mixail Saakaşvili atasının aclığı dayandırmaqla bağlı çağırışına cavab verib.

 Saakaşvili vəkili Nika Qvaramiya vasitəsilə məktub göndərib.

“Əziz Nika. Uşaqlıqdan sən mənim təkcə atam yox, həm də həkimim olmusan. Təəssüf ki, aclıq – hakimiyyətin mənə imkan verdiyi yeganə mübarizədir. Mənim üçün mübarizə özümdən və səhhətimdən daha vacibdir. Sənin ata qayğını dəyərləndirirəm, ancaq bilirsən ki, mən heç nəyi yarımçıq etmirəm. Sənin Mişan”, - Saakaşvili məktubundan yazıb./Axar.az

Qeyd edək ki, bundan öncə atası Nikoloz Saakaşvili oğlu Mixail Saakaşviliyə aclığı dayandırmaqla bağlı çağırış etmişdi. Bu çağırışı Bütün Gürcüstanın partirarxı II İliya və hakim partiya Gürcü Arzusunun liderlərindən Şalva Papuaşvili də səsləndirib.

Gürcüstan Penitensiar Xidməti Saakaşvilinin aclığı dayandırdığını və onun türmənin mağazasından bal və şirə aldığını bildirsə də, sonra bəlli oldu ki, eks-prezident əvvəldən quru aclıq etmir, o, maye və şirə qəbul edir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi