Atatürkü anma tədbirləri zamanı terakt planlaşdırırmış, qarşısı alındı
Türkiyədə terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı İŞİD terror təşkilatının 7 üzvü saxlanılıb.
Faktinfo.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Məlumata görə, Ankara Prokurorluğunun qərarı ilə başladılan iki ayrı əməliyyatda ələ keçirilən terrorçular 29 Oktyabr - Respublika günü və 10 noyabr - Atatürkü anma tədbirləri zamanı terakt planlaşdırırmış.
Ələ keçirilən terrorçuların evindən isə təşkilata məxsus bir çox sənədlər və rəqəmsal material ələ keçirilib.
Qeyd edək ki, ötən gün Hatay vilayətində terakt törədilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın