ATU-da 21, BDU-da 11 nöqsan aşkarlandı
Hesablama Palatası ötən il üzrə ali təhsil müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.
“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ali məktəblər arasında ən çox nöqsan Azərbaycan Tibb Universitetində ( 21 nöqsan) qeydə alınıb.
Sənəddə bildirilib ki, sonrakı yerdə Bakı Dövlət Universiteti (11 nöqsan) və Azərbaycan Dövlət İqtisad Universiteti (8 nöqsan) qərarlaşıb.
Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın