Avropa Birliyində (AB) Türkiyəyə sanksiya hazırlanır

Avropa Birliyində (AB) Türkiyəyə sanksiya hazırlanır 

Avropa Birliyində (AB) Türkiyənin Şərqi Aralıq dənizindəki addımlarına görə sanksiya siyahısı hazırlanır.

Bunu Yunanıstan Xarici İşlər naziri Nikos Dendias deyib.

“Ötən həftə mən və Cənubi Kiprin XİN rəhbəri Nikos Xristodulidis AB Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak etdik. Yaxın günlərdə AB-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Türkiyəyə sanksiya siyahısını bizə təqdim edəcək. Məsələni müzakirə etmək üçün Berlindəki şura iclasına birgə qatılacağıq. Türkiyənin bu addımı AB-yə qarşıdır. Bununla mübarizə üçün Avropa da sərt reaksiya göstərməlidir”, - yunan nazir bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi