“Avropa İttifaqının sanksiyaları Türkiyəyə ciddi təsir göstərməyəcək”- Ərdoğan
Avropa İttifaqının Ankaraya tətbiq edəcəyi sanksiyalar Türkiyəyə ciddi təsir göstərməyəcək.
Rəcəb Tayyib Ərdoğan bu barədə Azərbaycana səfərindən öncə Ankarada keçirdiyi mətbuat konfransında deyib.
“Avropa İttifaqının Türkiyəyə qarşı hər hansı sanksiya qərarı bizim üçün ciddi problem yaratmayacaq. Avropa İttifaqı bizə onsuz da 1963-cü ildən bəri zaman-zaman sanksiya tətbiq edir, heç vaxt düzgün davranmayıb, verdiyi sözün arxasında durmayıb. İndi atacaqları addımların, verəcəkləri qərarların nədən ibarət olacağını görəcəyik. Amma səmimi, dürüst olan liderlər buna qarşı çıxırlar, belə yanaşmalara müsbət baxmırlar”, – deyə Türkiyə Prezidenti bildirib.
Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə və ABŞ arasında mövcud vəziyyətə də aydınlıq gətirərək deyib: “ABŞ-ın bizim silah almağımızla bağlı addımlarını və bəyanatlarını düzgün hesab etmirik. Bayden prezident vəzifəsinin icrasına başladıqdan sonra hər halda oturub bəzi məsələləri müzakirə edəcəyik”.
Bu xəbər üçün şərh yazın