Avropa Məhkəməsinin Əvəz Zeynallı ilə bağlı QƏRARI -

Avropa Məhkəməsinin Əvəz Zeynallı ilə bağlı QƏRARI - 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edib.

Bu barədə hüquqşünas Xalid Ağəliyev məlumat verib. 

“Əvəz Zeynallı Azərbaycana qarşı” - Məhkəmə bu işdə hesab etdi ki, jurnalistə münasibətdə 5-ci, 6-cı, 8-ci və 10-cu maddələrin pozuntusuna yol verilib. Qərara əsasən, hökumət jurnalistə ümumilikdə 13 min avro təzminat ödəməlidir.

Bu iş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasında saxlanılması və məhkum olunması ilə bağlıydı. İttihamları rədd edən jurnalist şikayətində iddia edirdi ki, onunla bağlı mühakimə zamanı azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8 ) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxilə edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər