Avtomobil Yolları Dövlət Agentliyi hüquq-mühafizə orqanlarına müraciət edib

Avtomobil Yolları Dövlət Agentliyi hüquq-mühafizə orqanlarına müraciət edib 

Son vaxtlar ayrı-ayrı şəxslərin idarə etdiyi yük maşınları, maşın və mexanizimləri üzərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus logo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur.

Report.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir: "Bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı, qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər