AXCP sədrinin köməkçisi növbəti dəfə həbs olundu
AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli 15 sutkalıq həbs olunub.
musavat.com xəbər verir ki, Faiq Əmirli Ramazan bayramı ilə əlaqədar olaraq Sabirabad rayonuna valideynlərinin qəbrini ziyarət etməyə gedib.
Onun ictimai qaydaları pozduğuna görə həbs olunduğu bildirilir.
Xatırladaq ki, aprel ayının əvvəlində F.Əmirli karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci madəsi ilə ittiham edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs edilmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın