AXCP üzvünə hökm oxundu

AXCP üzvünə hökm oxundu 

Salyan rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Report.az-ın  xəbərinə görə, prosesdə Ə.Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Ə.Saleyev qonşusu Coşqun Nuriyevə xəsarət yetirməkdə ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham verilib.

Həmçinin Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov Salyan rayon Məhkəməsində barəsində video yaydığı üçün Ə.Salayevin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə barəsində xüsusi ittiham qaydasında cəzalanmasını tələb edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi