Axısxa Türkləri “Vətən” İctimai Birliyi yeni layihənin icrasına başlayır

Axısxa Türkləri “Vətən” İctimai Birliyi yeni layihənin icrasına başlayır 

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi (ATVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa Türkləri ilə bağlı materialların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması” layihəsinin icrasına başlayır.

“Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa Türkləri ilə bağlı materialların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması” adlı layihə 2 ay müddətinə icra olunacaq. 

ATVİB-in sədr müavini və layihə rəhbəri Mövlud İşık layihə ilə bağlı Sozcu.info-ya məlumat verərək xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyünə göz dikən Ermənistan 1992-ci ildə Xocalıda və Azərbaycanın digər bölgələrində işğal siyasəti həyata keçirmişdir. Bunun nəticəsində 30 il davam edən bu təcavüzə 2020-ci ildə başlanan Vətən Savaşı ilə son qoyulmuş, əzəli və əbədi torpaqlarımız işğaldan azad edilmişdir. Ermənistanın həyata keçirdiyi düşmənçilik, təcavüz nəticəsində 1 milyondan artıq vətəndaşımız öz tarixi yurdlarından didərgin salınmış, minlərlə insanımız şəhid olmuş, minlərlə vətəndaşımız isə Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüşdür. 

Mövlud İşık

Layihə rəhbəri Mövlud İşık onu da qeyd edib ki, erməni təcavüzü Axısxa Türklərindən də yan keçməmiş, həyata keçirilən işğal zamanı Axısxalı Türklər də vəhşicəsinə azərabaycanlı qardaş və bacılarımız kimi qətlə yetirilmiş, əsir və itkin düşmüş, girov götürülmüş, 91 şəhid vermişdir.Azərbaycan Böyük Vətən Savaşında əldə edilən zəfərdən sonra yeni bir mərhələyə qədəm qoysa da Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox vətəndaşımızın taleyi bizi hər zaman narahat etməkdə davam edəcəkdir.

İtkin düşmüş, girov götürülmüş qardaş və bacılarımızın taleyi Azərbaycan xalqı üçün hər zaman önəmli olacaqdır. Bu məqsədlə müharibə sona çatsa da, bu insanlarımız ilə bağlı məlumatların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması ayrıca önəmli olmaqla yanaşı, tarix baxımından da aktual bir mövzu olaraq qalacaqdır.

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, əldə edilən məlumatlara əsasən, 82 nəfər Axısxa Türkü şəhid olmuş, onlarla şəxs  əsir və itkin düşmüş, girov götürülmüşdür. Həyata keçirəcəyimiz layihə çərçivəsində Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşən, girov götürülən Axısxa Türkləri ilə bağlı məlumatların ətraflı araşdırılaraq ortaya çıxarılması, məqalələrin hazırlanması, beynəlxalq dillərə tərcümə edilərək dünya ictimaiyyətinin bu insanların taleyi ilə bağlı məlumatlandırılmasından ibarətdir.

Mənbə:Sozcu.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi