Aylıq nominal əmək haqqı 0,7 faiz azalıb

Aylıq nominal əmək haqqı 0,7 faiz azalıb 

2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalaraq 724,0 manat təşkil edib.

Dövlət Statsitika Komitəsinin  məlumatına görə, əmək haqqı neft-qaz sektorunda 3215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat təşkil edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi