Aysel Əlizadə: “Sahil Babayev elə bilir, Prezidentə xidmət edir, büdcəyə pul qaytarır, nəticədə nə olur?”
“Sahil Babayev elə bilir Prezidentə xidmət edir, büdcəyə pul qaytarır, nəticədə nə olur? Saysız-hesabsız kasıb adam kiçicik yardımdan da olur. İmkanlılar o pensiyaya göz dikmirlər, axı yardımı kəsilən işsiz, imkansız təbəqədir”.
Bunu yazıçı Aysel Əlizadə bildirib.
A.Əlizadə qeyd edib ki, pensiyanı yalandan alan da, doğrudan alan da həmin pula ehtiyacı olanlardır: “Onları yaşatmaq mənim işimdir? Pensiyasını, sosial yardımı kəsdin, problem çözüldümü? Yoxsullar azaldımı? Adamın son ümidini də aldın, bəs onun sosial durumunu necə düzəldəcəksən? Bu, narazıların, yoxsulların, cinayətlərin sayını artırmaq deyilsə, nədir?”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın