Azad Rəhimovun vəfat xəbəri ilə bağlı - Rəsmi açıqlama
Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
Bu barədə Milli Olimpiya Komitəsinin rəsmi Feysbuk səhifəsi məlumat yayıb:
"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - məlumatda deyilir.
***
Hörmətli media nümayəndələri! Çox xahiş edirəm Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir məlumatı paylaşmayın.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
“Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!”
S.Məmmədova Milli Olimpiya Komitəsinin (MOK) nazir Azad Rəhimovun vəfat etməsilə bağlı statusu sildiyini bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın