Azad Rəhimovun vəziyyəti ağırlaşdı

Azad Rəhimovun vəziyyəti ağırlaşdı 

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

Faktinfo.az  Medicina.az-a istinadən xəbər verir ki, vəziyyəti ağırlaşan Azad Rəhimov hazırda koma vəziyyətindədir.

Süni tənəffüs aparatına qoşulan nazirin yaxın vaxtlarda xüsusi təyyarə ilə Bakıya gətiriləcəyi bildirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova mətbuata açıqlamasında bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Unikal.org saytı nazirin vəfat etdiyi ilə bağlı məlumat yayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi