Azay Quliyevin sədrlik etdiyi təşkilat Əli Həsənovun adı ilə bağlı olan ofisdən çıxmağa hazırlaşır
Millət vəkili Azay Quliyevin sədrlik etdiyi Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası yeni ofisə köçməyə hazırlaşır.
QHT-lərə Dövlət Dəstəyi Şurası yeni ofis sahəsinin icarəyə götürülməsi məqsədilə tender müsabiqəsi keçirir.
Tender müsabiqəsində iştirak etmək istəyənlər təklifləri, müvafiq sənədləri və məlumatları Şuraya təqdim ediblər. Nəticənin yaxın zamanlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda Bakı şəhəri, F.Əmirov küçəsi 1 ünvanında fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, F.Əmirov küçəsi 1 ünvanı eyni zamanda Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailə üzvlərinə məxsus şirkətlərin hüquqi ünvanları hesab olunur.
Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva və oğlu Şamxal Həsənovun rəhbərlik etdikləri çoxsaylı şirkətlərdən bəzilərinin hüquqi ünvanı Bakı şəhəri, Fikrət Əmirov, ev 1 olaraq göstərilir:
1. Qanuni təmsilçisi Sona Vəliyeva olan və 18.05.2012-ci ildə dövlət qeydiyyatına alınan “Kaspi Education” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
2. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 10.12.2013-cü ildə dövlət qeydiyyatına alınan “Atom Qida” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
3. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınan “Kaspi Global” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
4. Təsisçisi Sona Vəliyeva olan və 16.09.1999-cu ildə dövlət qeydiyyatına alınan “Kaspi” qəzetinin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
5. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 01.09.2010-cu ildə dövlət qeydiyyatına “Mətbuat Evi” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
6. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 27.03.2013-cü ildə dövlət qeydiyyatına “Global Advertisement” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
Bu şirkətlərdən başqa “Fikrət Əmirov, ev 1” ünvanında qeydiyyatda olan “Kaspi” adı bir-çox şirkət var. Məsələn, qanuni təmsilçisi Vəliyev Azər Kalam oğlu olan “Kaspi Co”, qanuni təmsilçisi Əliyev Elnur Qəzənfər oğlu olan “Kaspi-EC”, qanuni təmsilçisi Vıliyev Azər Kalam oğlu olan “Kaspi-Az”, qanuni təmsilçisi Kərimov Etiram Kərim oğlu olan “Kaspi TM” kimi şirkətlər də “Fikrət Əmirov, ev 1” ünvanında qeydiyyatdadılar. Adları qeyd olunan şəxslərlə Əli Həsənovun ailə üzvlərini birləşdirən təkcə rəhbərlik etdikləri şirkətlərin adlarındakı bənzərlik (“Kaspi” sözü) deyil, bu şəxslər həm də birgə iş görürlər. Nümunə üçün qeyd edək ki, “Kaspi Co” şirkətinin təsisçiləri arasında Vəliyev Azər Kalam oğlu ilə bərabər Vəliyeva Sona Məhəmməd qızı və Həsənli Şamxal Əli oğlu da yer alır.(yeniavaz.com)
Bu xəbər üçün şərh yazın