Azər Ayxanla bağlı daha bir açıqlama
"Yeni Müsavat" qəzetinin baş redaktoru Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş edib”.
Bununla bağlı “Yeni Müsavat” Media Qrupu məlumat yayıb.
Yayılan açıqlamaya görə, onunla aparılan danışıqlar heç bir müsbət nəticə verməyib: “Son olaraq bu istefanın qəbul olunduğunu bəyan edirik.
“Yeni Müsavat” Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın