"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunun çilingərləri tətil edirlər - NƏ BAŞ VERİR?
"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunda çalışan çilingərlər bir neçə gündür ki, işi dayandırıblar.
Bu haqda Hurriyyet.az-a danışan şikayətçilər bildirir ki, indiyədək bununla bağlı rəhbərlikdən hər hansı reaksiya yoxdur.
“İşin dayandırılmasına səbəb təmir deposunun dəmiryolçuları Əliyar Muradovun göstərişi ilə 5 günlük iş rejimindən 6 günlük iş rejiminə keçməsi ilə bağlıdır. ADY QSC-dən gələn cavab isə, “əgər razılaşmasanız, deponuzu bağlayacağıq” hədəsi oldu. Bu gün ADY QSC-nin sədri Gəncəyə gəlsə də, depoda tətil edən dəmiryolçuların yanına hələlik gəlib onların problemləri ilə tanış olmayıb”, - deyə etiraz edən işçilər bildirib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın