"Azərbaycan Dəmir Yolları"QSC-də kimlər vəzifəsini itirə bilər

"Azərbaycan Dəmir Yolları"QSC-də kimlər vəzifəsini itirə bilər 

"Azərbaycan Dəmir Yolları" QSC-də islahatlar davam edir.

Bununla bağlı Azərbaycan Reallığı.com olaraq oxucularımıza kifayət qədər məlumat vermişik. Yeni sədr demək olar ki, sözü gedən qurumda sabiq sədr Cavid Qurbanovun kadrlarını tamamilə vəzifələrindən azad edir.

Qurbanov vəzifəsindən azad olunduqdan sonra onun işini müvəqqəti icra edən, adı yerli və xarici KİV-lərdə mutəlif qalmaqallarda hallanan Qurbanova yaxınlığı ilə seçilən Hicran Valehov da artıq sözü gedən qurumda yüksək postdan azad olunması üçün ərizəsinin alındığını bildirilir. Etibarlı mənbə bildirir ki, hətta gələn həftə Rövşən Rüstəmovun bu əmri ictimaiyyətə açıqlanacaq.

Belə ki, hazırda müavin postunu tutan Hicran Valehovdan sonra qurumda Cavid Qurbanova yaxınlığı ilə seçilən digər müavin Vüsal Aslanov da vəzifəsi ilə yaxın vaxtlarda vidalaşacaq. Vüsal Aslanovun vəzifəsindən uzaqlaşdırılması daha ön planda olsada bu xəbəri eşidən Aslanovun ötən həftə səhhəti pisləşərək xəstəxanaya yerləşdirdiyi bildirilir. Hal-hazırda bu günə kimi xəstəxanaların birində müalicə alındığı deyilir. Qeyd edək ki, V.Aslanov, C.Qurbanovun maliyyəçisi, ən əsası da qara kassası olub.

Xatırlatmaq istərdim ki, bir neçə il bundan öncə Cavid Qurbanovun 60 illik yubileyində Vəsilə Abulovanın təşəbbüsü ilə hazırlanan, daha sonra isə elə özü tərəfindən ictimaiyyətə yayılan 6 metrlik qatar dizaynı ilə tortun kəsilməsi sosial şəbəkələrdə və yerli KİV-də böyük rezonansa səbəb olmuşdur.

Elə həmin vaxt yubiley hədiyyəsi olaraq Vüsal Aslanov Cavid Qurbanova son model, qiyməti yüz minlərlə avro dəyərində olan “Maybach” markalı avtomobil hədiyyə etmişdi. Bahalı hədiyyəyə görə yuxarı dairələrin sərt təpkisi ilə üzləşdikdən sonra “Maybach” nişanı xüsusi ustaların dəvəti ilə “ADY QSC” nin həyətində “Mercedes” nişanı ilə əvəzlənərək istfadə olunmuşdur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi