Azərbaycan Dövlət Aqrar Universiteti:

Azərbaycan Dövlət Aqrar Universiteti: "Bu dəfə də adları məchul olan ADAU-nun professor-müəllim heyyəti adından verilən xəbər..."

"Bir sıra saytlarda əsassız yerdən Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir vəzifəsini tutmaq üçün 17. 000 manatlıq rüşvət alınması ilə bağlı xəbər verilib.

Həmişəki kimi "xəbər" hazırlanarkən "mənbə" adları məchul olan  ADAU-nun  professor-müəllim heyyəti seçilib. Sadəcə fərq ondadır ki, bu dəfə xəbər ADAU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyəti adından yayımlanıb."

Bunlar  Faktinfo.az saytına  Azərbaycan Dövlət Aqrar Universitetinin İctimaiyyətlə əlaqələr  şöbəsindən göndərilən fikirlərdəndir. İxtisar etdiyimiz məlumatda o da qeyd edilir ki, rektor İbrahim Cəfərovun “Yerüstü nəqliyyat vasitələri və texniki servis kafedrası"nın dosenti Aydın İsayevi seçki şərtlərinin pozulmasına  yol verməklə kafedra müdiri seçdirməsi fikiri  növbəti dəfə rektora qarşı irəli sürülən yalandır, böhtandır,seçkinin nəticələrinə şübhə ilə yanaşmaq cəhdidir.

Qeyd edək ki, ötən ilin noyabrında  kafedra müdiri seçilmək üçün  texnika elmləri doktoru, professor Qabil Məmmədov və dosent Aydın İsayevin namizəd olduqları “Kənd təsərrüfatı texnikası” kafedrasına seçkilər keçirilib.Aydın İsayev səsvermə nəticəsində kafedra müdiri seçilib.

Faktinfo.az













Birinci məlumatlanmaq üçün facebook səhifəmizi