Azərbaycan Dövlət Aqrar Universiteti: “Təhsil müəssisəsinə aidiyyatı olmayan, məhkəmə predmeti üçün əsas yaradan iddialar...”

Azərbaycan Dövlət Aqrar Universiteti: “Təhsil müəssisəsinə aidiyyatı olmayan, məhkəmə predmeti üçün əsas yaradan iddialar...” 

“09.01.2022-ci il tarixində bəzi saytlarda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə parkında abadlıq işlərinə 250.000 manat pulun büdcədən ayrılıb silinməsinə, vəzifəli şəxslərə parka lazım olan inşaat və dekor ləvazimatlarının məcburən aldırılmasına, “Tələbə-Məzun Yarmarkası” zamanı rektorun büdcədən ayrılan pulları öz cibinə qoymasına, rektor İbrahim Cəfərovun kimlərinsə haqqını mənimsəməsinə, ADAU-da serverə Ruslan adlı şəxsin müdaxiləsi səbəbindən imtahanların gedişatının dayanmasına dair məlumatlar yayılıb.

Bu iddiaların heç bir əsası yoxdur, həqiqətə uyğun olmayan jurnalist təxəyyülünün məhsuludur, universitetlə bağlı ortaya atılan növbəti uydurmadan başqa bir şey deyildir.”

Bu fikirlər Faktinfo.az saytının elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilib. Məlumatda o da bildirilir ki, universitet və onun rəhbərliyi haqqında son zamanlar bir qrup saytlarda dəqiqləşdirilməmiş, təhsil müəssisəsinə aidiyyatı olmayan, məhkəmə predmeti üçün əsas yaradan iddialar yer alır.

Bu səbəbdən bir daha Azərbaycan Dövlət Aqrar Universiteti haqqında yazılan xəbərlərdə dəqiqləşmələr aparılması, universitet haqqında yanlış təsəvvür yaradılmasına son qoyulması tövsiyə olunur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi