Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-

Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib- Xocalı faciəsindən 27 il ötür

Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Faktinfo.az xəbər verir ki, tədbirdən əvvəl foyedə sərgilənən və Xocalı dəhşətləri yaşadan rəsm əsərlərinə baxış olub. Sonra Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi yad edilib, Xocalıda törədilən dəhşətləri əks etdirən video yayımlanıb.

Sonra söz AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova verilib. Rektor bildirib ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Artıq bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

İctimai elmlər və multikultralizm kafedrasının müəllimi Seva Abdullayeva çıxışında soyqırım tarixinə nəzər salıb, tədbir iştirakçılarına ətraflı məlumatlar çatdırıb. Vurğulayıb ki, Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərdən danışan məruzəçi onu da əlavə edib ki, görülən işlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməmişdir.

ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımovanın təşkilatçılığı ilə təqdim olunan ədəbi-bədii kompazisiya tədbir iştirakçılarını sanki o müdhiş gecəyə qaytarıb. Tələbələrin söylədiyi şerlər hamını duyğulandırıb. Azərbaycan bayrağının zala gətirilməsi isə tezliklə Xocalı qisasının alınacağına ümidləri artırıb.

Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi