Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunanların qeydiyyatı başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunanların qeydiyyatı başlayıb 

Azərbaycan Dövlət Aqrar Universitetinin müvafiq qurumları bir daha abituriyentlərin nəzərinizə çatdırır ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunanların sənədlərinin qeydiyyatı onlayn formada aşağıdakı link vasitəsilə aparılır:

Faktinfo.az-a  verilən məlumata görə,onlayn qeydiyyat linki aşağıdakı kimidir : 

https://forms.gle/cNMxv37awrESyqsC8

Qeyd: Abiyuriyentlər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək bu ixtisas üzrə təhsil almaqdan imtina kimiq iymətləndirilir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. 3x4 ölçüdə rəngli fotoşəkil (pdf, jpg);

2 Şəxsiyyət vəsiqəsinin surəti;

3. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) surəti;

4. Attestatın və ya diplomun surəti;

5. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil üçün) surəti.

Ödəniş üçün bank rekvizitləri

Kapital Bank ASC Gəncə filialı

Kod 200275

VÖEN 9900003611

M/H AZ37NABZ01350100000000001944

SWIFT kod AIIBAZ2X

Azərbaycan Dövlət Aqrar Universiteti

H/H AZ68AIIB38070019440136714127

VÖEN 2300314671

Ünvan: Gəncə şəhəri, Cavad xan küçəsi 24

Tel: (022) 256 67 95; 256 01 19

E-mail:[email protected]

Qeyd: Ödənişi Kapital Bank ASC-nin istənilən filialında aparmaq olar.

Təhsil haqqının azad edilən xüsusi statuslu abituriyentlərdən tələb olunan sənədlərin SİYAHISI

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarına:

· ərizə;

· şəxsiyyət vəsiqəsinin surəti (özü);

· doğum haqqında şəhadətnamənin surəti (özü);

· valideynin TSEK – nın əllilik haqqında arayışı;

· valideynin şəxsiyyət vəsiqəsinin surəti.

· Notarial qaydada təsdiq olunmuş valideynin əllilik vəsiqəsinin surəti;

2. Şəhid ailələrində olanlara:

· ərizə;

· şəxsiyyət vəsiqəsinin surəti (özü)

· doğum haqqında şəhadətnamənin surəti (özü);

· notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqənin surəti;

3. Məcburi köçkün statusu olanlara:

· ərizə;

· şəxsiyyət vəsiqəsinin surəti (özü);

· doğum haqqında şəhadətnamənin surəti (özü);

· notarial qaydada təsdiq olunmuş özünün və ya valideynlərin məcburi köçkün vəsiqəsinin surəti;

4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar. (23 yaşınadək, əyani təhsil formasında təhsil alan tələbələr).

· ərizə;

· şəxsiyyət vəsiqəsinin surəti (özü);

· valideynlərin nigahın bağlanması haqqında şəhadətnamənin sürəti;

· notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti (özü);

hər ikisi vəfat etdikdə:

· valideynlərin ölüm haqqında şəhadətnaməsinin sürəti;(notarial)

biri vəfat etdikdə, digəri əlil olduqda:

· vəfat etmiş valideynin ölüm haqqında şəhadətnamənin sürəti;

· digər valideynin TSEK – nın əllilik haqqında arayışı;

· valideynin şəxsiyyət vəsiqəsinin surəti.

Qeyd: Əllilik haqqında arayışlar müddətsiz deyilsə, arayışda göstərilən müddətə azad edilir.

5. I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan tələb olunan sənədlərin siyahısı:

· ərizə;

· şəxsiyyət vəsiqəsinin surəti (özü);

· doğum haqqında şəhadətnamənin surəti (özü);

· TSEK – nın əllilik haqqında arayış;

· Notarial qaydada təsdiq olunmuş Əllilik vəsiqəsinin surəti

QEYD: İmtiyazlı tələbələr yuxarıda qeyd olunan sənədləri universitetdə tədris prosesi başladıqdan sonra təhsil aldıqları fakultənin dekanlığına təqdim etməlidirlər.

Əlaqə:

055-541-78-08

050-410-03-01

055-548-32-32

[email protected]

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər