Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib
Bu ili may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 7 pillə geriləyərək 125-ci yerdə qərarlaşıb.
Report.az-ın “Speedtest Global Index”ə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 23,25 MB/S olub.
Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 1 pillə geriləyib və 36,34 MB/S sürətlə 68-ci pillədə qərarlaşıb.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 180 ölkənin adı var. Birinci yerdə Hong-Kong (245,01 MB/S), sonuncu yerdə isə Türkmənistan (4,19 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 194,09MB/S sürətlə birinci, Əfqanıstan isə 6,86 MB/S sürətlə sonuncu 137-ci yerdə qərarlaşıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın