Azərbaycan İranla sərhədi tam nəzarətə alıb -

Azərbaycan İranla sərhədi tam nəzarətə alıb - "Klarin"

Argentinanın “Klarin” milli gündəlik qəzetinin internet portalında “İlham Əliyev İranla sərhədin tam nəzarətinin bərpa edildiyini bildirir” başlıqlı məqalə dərc edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Silahlı Qüvvələri tərəfindən İranla sərhədin tam nəzarətinin bərpa edildiyini bildirdiyi qeyd edilir.

Argentina nəşri Azərbaycan Prezidentinin Tvitter səhifəsində yaydığı məlumatdan sitat gətirir: Azərbaycan ordusu Füzulidə üç kəndi, Cəbrayılda dörd kəndi, habelə Zəngilan rayonunun 13 kəndini və Ağbənd qəsəbəsini azad edib. Ağbənd yaşayış məntəqəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinə tam nəzarət təmin edilib!/Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər