Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi narahat olub

Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi narahat olub 

Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi təhsil müəssisəsində müəyyən sayda boş yerlərin qalmasına görə narahat olub.


Bu barədə Faktinfo.az saytına universitetdən məlumat verilib. Qeyd edilir ki, müxtəlif fakultələr üzrə boş yerlərin sayı bu il ötən illə müqayisədə çox qalıb. Bu vəziyyət isə universitet rəhbərliyində müəyyən narahatçılıq hissi yaradıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərdə bildirilirdi ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb. Ümumilikdə, ali məktəblərə 3300-dən çox yer boş qalıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi