Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 49-cu görüşü videokonfrans şəklində keçirilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 49-cu görüşü videokonfrans şəklində keçirilib 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 49-cu görüşü Covid-19 karonavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndəsi Asif Verdiyev və “Azərenerji” ASC-nin nümayəndəsi Əli Yusifov iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Araz su anbarının 2020-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilmiş, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilmiş, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlərə baxılmışdır.

Faktinfo.az

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 49-cu görüşü videokonfrans şəklində keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər