Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov fermerlərlə videokonfrans formatında görüş keçirdi.
Faktinfo.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, su təminatının daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi ilə 17 rayon üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlər Aqrar İnkişaf Mərkəzi yanında Fermlər Şurasının üzvləri ilə videokonfrans şəklində görüş keçirilib.
Görüşdə Cəmiyyətin sədr müavinləri Rafiq Aslanov və Zakir Quliyev, yerli istismar idarələri və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak edib. Görüşün məqsədi su təminatının daha da yaxşılaşdırılması və onlarin həll yolları ilə bağlı idi. Videokonfransda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev fermerlər tərəfindən qaldırılan məsələləri geniş müzakirə etdilər.
Videformat şəklində keçirilən görüşdə hər bir fermer aid olduğu rayon ilə bağlı suvarma suyu təminatına köməklik göstərilməsi məqsədilə öz təkliflərini bildirdilər.
Cəmiyyətin sədri Zaur Mikayılov bu cür görüşlərin gələcəkdə də tez-tez təşkil olunacağını bildirdi və fermerlərin təkliflərinə dair aidiyyəti üzrə tapşırıqlar verdi.
Bu xəbər üçün şərh yazın