Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edilib - SƏRƏNCAM
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Faktinfo.az
"AzPolitika.info" nun məlumatına görə, Zaur Rauf oğlu Mikayılov bundan əvvəl özəl sektorda çalışıb, BRAVO supermarketlərinin sahibi kimi çıxış edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi kimi tanınıb.
Xatırladaq ki, keçmiş sədr Əhməd Əhmədzadə 3 gün əvvəl dövlət başçısının sərəncamına əsasən, vəzifəsindən azad edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın