Azərbaycan nefti bahalaşır
Neft CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.
Bu barədə Trend.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 59,77 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın