Azərbaycan şərabının əvvəlki şöhrətini, itirilmiş bazar payını ancaq mütəxəssislər bərpa edə bilər -

Azərbaycan şərabının əvvəlki şöhrətini, itirilmiş bazar payını ancaq mütəxəssislər bərpa edə bilər - "EuroNews"un xatırlatdığı müsbət örnək də var

Şərabçılığı inkişaf etdirib, Azərbaycan şərablarını keçmiş sovet respublikalarına, dünya bazarlarına çıxara bilərik.

  Hazırda ölkəmizin şərab satışındakı geriləməkdə olan bazar payını, digər ölkələrlə müqayisədəki əvvəlki üstünlüyümüzü təkrarlamaq mümkündür. Hətta istehsalımız üzərindən Azərbaycanı ən yüksək səviyyədə təbliğ də edə bilərik. Bunun üçün ölkəmizin kifayət qədər potensialı var.

  Faktinfo.az saytı xatırladır ki, bu potensialı və imkanları reallığa çevirmək üçün kadrlara, marketoloqlara ehtiyac duyulur. Burada hərəkətverici qüvvə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və oranın mütəxəssisləri olmalıdır. Bununla kreaktiv fikirli, ideya və təşəbbüskar mütəxəsisslər üzərindən emal sənayesinin inkişaf etdirilməsi mümkünləşər.

 

  Lakin hazırkı hesabatlarla bu prosesləri rentabelli hala gətirmək Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun ixtisasca bioloq olan direktoru Vüqar Səlimov və ətrafına işə götürdüyü şəxslərlə etmək mümkünsüz görünür. Vüqar Səlimov tingçilikdən,ətirli üzüm sortlarının tətbiqindən, bölgələrdə fermerlərə, şərabçılıq zavodlarına məsləhət verməkdən, institutun balansında olan təcrübə stansiyalarında elmi-tədqiqat işləri ilə məşğul olub şərabçılığın inkişafında Azərbaycanı əvvəlki mövqelərinə yüksəltmək iqtidarında olmayan kadr obrazını təsdiqləməkdədir. Belə demək mümkünsə o, nazir İnam Kərimov və müavinləri çapında kənd təsərrüfatını bilən şəxs təsiri bağışladığından bu mövzu nə vaxtsa aparıla biləcək islahatların tərkib hissəsi kimi düşünülür.

 

  Bu arada isə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elmlər və İnnovasiyalar Mərkəzinin direktor müavini, “Mütəxəssis-Şərabçılar” İctimai Birliyinin sədri, professor Tariel Pənahov Kaspiy.az saytının rus dilində yayımladığı "Çətinlik olmadan ixrac edin və ya Azərbaycan alkoqol və tütünü artıq Rusiyaya daha asan idxal ediləcək" başlıqlı məqaləsinə mühasib olaraq bildirib ki, bu gün Azərbaycan şərabçılığının böyük potensialı var. T.Pənahov: "Sovet dövründə Azərbaycan Rusiyaya hər ay 5 milyon dekalitr şərab və 10 min dekalitrdən çox konyak verirdi. Ötən əsrin 80-ci illərində biz Rusiyaya spirt tədarükünə görə birinci yeri tuturduq. Onda üzümçülük və şərabçılıq Azərbaycan Respublikasının büdcəsinin formalaşmasında mühüm rol oynayıb, büdcənin 45 faizi təmin edilib. Üzümçülük və şərabçılıq Azərbaycanda neft və qazdan sonra aparıcı sahələrdən birinə çevrilmişdi. Təbii ki, yaxın gələcəkdə əvvəlki səviyyəyə qalxmaq mümkün olmaya bilər, amma büdcənin ən azı 10-15 faizini üzümçülük və şərabçılıq hesabına təmin etmək olar. Azərbaycan aqrar ölkədir və bu kənd təsərrüfatı sahəsini inkişaf etdirmək çox vacibdir."


  Mütəxəssis bazarın təhlilinə də ehtiyacın duyulduğunu bildirib: "Bazar təhlili lazımdır. Ehtiyac yaranarsa, istehsal və Rusiyaya tədarük olunan məhsulların həcmini artırmaq olar. Həm Azərbaycan, həm də Rusiya bu məsələdə maraqlıdır, lakin çox iş görülməlidir – bir çox məsələlər təcili həllini tələb edir. Xüsusilə, mütəxəssislərə ehtiyac var və indi çox təəssüf ki, bu sahəyə qeyri-peşəkarlar cəlb olunur. Elmi, medianı, texnologiyanı birləşdirmək lazımdır, yəni kompleks yanaşma olmalıdır. Mövcud problemləri həll edə bilsək, spirtli içkiləri təkcə Rusiyaya deyil, həm də dünya bazarına çıxara biləcəyik, - deyə T.Pənahov hesab edir. Rusiyada hansı spirtə daha çox tələbat olacağına gəlincə, bu bazarın da təhlilinə ehtiyac var. İndi insanlar dünyanın müxtəlif yerlərində çox səyahət edirlər və müxtəlif spirtli içkiləri qiymətləndirmək imkanı əldə edirlər. Zövqlər dəyişir və bildiyiniz kimi, tələb təklifi müəyyən edir. Müştərinin nə istədiyini bilmək və ehtiyaclarını ödəmək üçün çalışmaq vacibdir."


  Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elmlər və İnnovasiyalar Mərkəzinin direktor müavininin fikirlərindən çıxarılan nəticə budur ki, ötən əsrin 80-ci illərində Rusiyaya spirt tədarükünə görə birinci yeri tutmuşuq. İndi Azərbaycan şərab satışında bazar payını itirib və çox geriləyib. Vəziyyətdən çıxış yollarından başlıcası bu sahəyə "soxuşdurulan" qeyri-peşəkarları prossesdən kənarlaşdırıb mütəxəssisləri işə cəlb etmək lazımdır. Məlum məqalədə çıxış yollarını arayan T.Pənahov ölkə Prezidenti tərəfindən təsdiq edilmiş 2018-2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramını qəbul etmişik, - deyir. Sənədin hazırlanmasında iştirakını qeyd edən mütəxəssis proqramda qeyd olunan hər şeyin həyata keçirilməsi üçün bunu öz sahəsində peşəkarlar etməlidir, -fikirini əsas götürür.


  Hərçənd bu barədə Faktinfo.az saytı bir müddət əvvəl bir neçə məqalə ilə çıxış edib, Azərbaycan şərabçılarının bazar payını Abxaziyaya şərabçılarına uduzduğunu belə qeyd edib. Yəni T.Pənahovdan əvvəl bu məsələlərə toxunub. Önəmlisi isə odur ki, artıq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elmlər və İnnovasiyalar Mərkəzinin direktor müavininin bir sıra etirafda bulunması yazdıqlarımızın təsdiqlənməsidir. Nə isə...


 Faktinfo.az saytı xəbər verir ki, hazırkı bəzi müsbət örnəklər gələcək üçün hardasa nikbin olmağımıza da stimul yaradır. Belə ki, iki həftə əvvəl "EuroNews" Göygöl Şərab Zavodunda emal prosesinin aparılması Azərbaycanın şərab istehsalına dayanan tarixi haqqında reportajı ilə ölkəmizi dünyada tanıtdıra və təbliğ edə bilmə imkanlarının tükənmədiyini də sərgilədi. "Göygöl Şərab Zavodu"nun əvvəlki şöhrətini saxlaması Azərbaycan şərabçıları üçün müsbət nümunədi.

 Faktinfo.az saytı məlum videonu təqdim edir:





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi