Azərbaycan və digər ölkələrin vətəndaşları 1 milyon avro üçün neçə il işləməlidirlər?

Azərbaycan və digər ölkələrin vətəndaşları 1 milyon avro üçün neçə il işləməlidirlər? - Siyahı

Picodi.com saytı müxtəlif ölkələrdə orta aylıq əmək haqqı ilə 1 milyon avronu hansı müddətə toplamağın mümkünlüyünü hesablayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan üçün bu müddət 243 il 10 aya bərabərdir.

İsveçrə, Sinqapur, Lüksemburq, ABŞ və İslandiya bu siyahıda ilk 5 yeri tutur. O ölkələrin vətəndaşları 1 milyon avronu qazanmaq üçün müvafiq olaraq 15 il 3 ay, 18 il 2 ay, 18 il 6 ay, 21 il 3 ay və 22 il 5 ay işləməlidirlər.

Son beş yerdə Nepal (450 il 1 ay), Nigeriya (554 il), Uqanda (559 il 9 ay), Misir (646 il 5 ay) və Pakistan (664 il 6 ay) qərarlaşıb.

Region ölkələrinin sıralaması belə olub:

Rusiya - 146 il 4 ay

Ermənistan - 159 il 3 ay

Belarus - 177 il 4 ay

Qazaxıstan - 182 il 11 ay

Gürcüstan - 184 il 3 ay

Türkiyə - 214 il 8 ay

Ukrayna - 230 il 9 ay

Azərbaycan - 243 il 10 ay

İran - 293 il 11 ay


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər