Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 32% artırıb

Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 32% artırıb 

Azərbaycan vətəndaşları bu ilin yanvar-iyul aylarında Türkiyədə 720, təkcə iyul ayında isə 127 mənzil alıb.

Report.az qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 31,9% və 10,4% çoxdur.

7 ay ərzində Türkiyədə xarici vətəndaşlara 25 310, ötən ay isə 4 564 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 47,3% və 64,6% çoxdur.

İuylda Türkiyədə ən çox mənzil alanlar İraq vətəndaşları olub. Onlara ötən ay 712, yanvar-iyul aylarında isə 3 731 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay bu türkiyədə 619, yanvar-iyul aylarında isə 3 689 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 365, yanvar-iyul aylarında isə 2 124 mənzilə sahib olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi