Azərbaycanda 2 nəfər quduzluqdan öldü
Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib.
Bunu Trend.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib: "Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb".
Direktor müavini qeyd edib ki, sahibsiz itlərin sayı həddindən artıq artıb: "İnsanlar heyvan dişləmələri zaman ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın