Azərbaycanda 4 manatlıq şirkət 300 minlik TENDERİN QALİBİ OLDU

Azərbaycanda 4 manatlıq şirkət 300 minlik TENDERİN QALİBİ OLDU 

Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi "Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin və akkumulyator alınması ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Faktinfo.az  Qaynarinfo.az-a istinadla xəbər verir ki, müsabiqənin qalibi "Fidan-TN” MMC olub. Şirkətlə bağlancaq müqavilənin maliyyə dəyəri 298.998, 9 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Fidan-TN” MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. "Fidan-TN” MMC 17 ildir fəaliyyət göstərməsinə baxmayaraq nə əlaqə telefonları, nə də internet səhifəsi var.

Araşdırmalarımız zamanı isə aydın olub ki, "Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin davamlı qalibi olur.

Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb.Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və "obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.

Sonda qeyd edək ki, Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumudur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər