Azərbaycanda 40 günlük uşağı satışa çıxardılar - 10 MİN MANAT
Azərbaycanda 40 günlük uşaq satışa çıxarılıb. Məlumata görə, bu barədə qarabazar.az saytında məlumat yerləşdirilib.
Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".
Uşağını satışa çıxaran şəxs Lent.az-a açıqlamasında deyib ki, ailəsi ilə Suraxanı rayonu ərazisində həyət evində yaşayır: "İşsizəm, ailəmi dolandıra bilmirəm. Tezliklə ikinci uşağım da olacaq. Ona görə bunu satmaq qərarına gəlmişik. Mən də anası da sağlam adamlarıq. Uşaq normal doğulub, səhhətində problem yoxdur".
Qarabazar.az saytının admistratoru Məhyəddin Loğmanov Lent.az-a açıqlamasında bildirib ki, onların bu elandan xəbərləri yoxdur. "Biz sayta yerləşdirilən bütün elanlara nəzarət edirik. Lakin bu elan nəzərimizdən qaçıb".
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın