“Azərbaycanda avqustun 24-25-də yenidən...” - Koronavirusla bağlı daha bir AÇIQLAMA
Ötən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var.
Böyük əksəriyyət bu tövsiyələrə əməl etmədən birbaşa çimərliklərə üz tutur, nəticədə böyük sıxlıq yaranır. Bu sıxlıq isə virusun yayılma riskini daha da artırmış olur. Bəs nə etməli?
Mövzu ilə bağlı uzun müddətdir ki, koronaviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəm danışıb. Həkim qeyd edib ki, əksəriyyət nəinki çimərliklərdə, hətta qapalı məkanlarda, ictimai nəqliyyatda qaydalara əməl etməkdən yayınır:
"Məlum olduğu kimi, avqustun 10-dan karantin rejimində yumşalmalar oldu, bir çox sahələrin fəaliyyətinə yenidən icazə verildi. Ayın 17-dən sonra isə kafe və restoranların açılacağı gözlənilir. Lakin müşahidə edirik ki, hələ də qapalı məkanlarda belə bəziləri maskasız gəzir. Və yaxud ictimai nəqliyyatda maskadan düzgün istifadə etmir, maskanı çənənin altında saxlayırlar. Bu o deməkdir ki, 12-13 gündən sonra, təxminən avqustun 24-25-də yenidən virusa yoluxanların sayı artmağa başlayacaq”.
Qeyd edək ki, çimərliklərdə yaşanan sıxlıq ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən müraciət yayılıb. Müraciətdə "COVID -19" pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur. /Mətbuat.az
Bu xəbər üçün şərh yazın