Azərbaycanda bəzi dərmanların tərkibi ucuz olsun deyə azaldılır?

Azərbaycanda bəzi dərmanların tərkibi ucuz olsun deyə azaldılır? – Açıqlama

Son 5 il ərzində Analitik Ekspertiza Mərkəzinin GMP deyilən etibarlı istehsalat təcrübəsi üzrə təftiş qrupu tərəfindən 80-dən artıq xarici istehsalatçının yoxlanması həyata keçirilib.

APA.az  xəbər verir ki, bu sözləri Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsini müdiri Şamil Aydəmirov deyib. 

O həmçinin sosial şəbəkələrdə yayılan bəzi iddialara da aydınlıq gətirib. Belə ki, bəzi yerlərdə iş adamlarının dərmanın daha ucuz başa gəlməsi üçün hansısa zavodlara dərman vasitəsinin tərkibinin azaldılması ilə bağlı müraciət etmələri iddiaları yayılıb.

Şamil Aydəmirov hər hansı şirkətin öz nüfuzuna xələl gətirəcək belə bir addım atdığına inanmadığını deyib:

"Bu cür halların mümkünlüyü ehtimal olunsa belə, AEM-in müxtəlif nəzarət mexanizmləri mövcuddur və keyfiyyətə nəzarət laboratoriyası da bunlardan biridir. Rəsmi idxal prosesi zamanı yoxlamalarda hansısa kənara çıxma müəyyən olunarsa, sözügedən dərman vasitəsinin ölkəyə rəsmi idxalının mümkünlüyü sıfıra bərabərdir. Bu məsələ ilə bağlı narahatlığa əsas yoxdur".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi